Siyasətçi həyəcan təbili çaldı: “Britaniya “bankrot” olmaq üzrədir, çıxış yolu yoxdur”backend

Siyasətçi həyəcan təbili çaldı: "Britaniya "bankrot" olmaq üzrədir, çıxış yolu yoxdur"

“Böyük Britaniya iflas ərəfəsindədir”.

KONKRET.az xəbər verir ki, bunu britaniyalı siyasətçi Devid Frost deyib.

O bildirib ki, büdcəni doldurmağın bütün mümkün yolları vəziyyəti yalnız çətinləşdirir.

“Çıxış yolu yoxdur. Vergilərin artırılması gəlirləri çoxaltmayacaq. Leyboristlər isə iqtisadi artımı stimullaşdıra və ya xərcləri azalda bilməz”, – siyasətçi bildirib.

Frost əlavə edib ki, ölkənin büdcə kəsiri 20 milyard funt-sterlinqə çata bilər və vergi artımı tənəzzülə səbəb olacaq.

Qeyd edək ki, Böyük Britaniyada sənaye enerjisi qiymətləri dünyada ən yüksəkdir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*