Siyəzəndə dağlıq ərazidə əlacsız qalan 9 nəfər xilas edildibackend

Siyəzəndə dağlıq ərazidə əlacsız qalan 9 nəfər xilas edildi

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Siyəzən rayonunun Nardaran kəndində, içərisində 9 nəfərin (onlardan biri azyaşlıdır) olduğu “Mercedes” və “BMW” markalı iki minik avtomobili yolu azaraq dağlıq ərazidə köməksiz vəziyyətdə qalıb.

KONKRET.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, dərhal Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşların xilas olunmasını təmin ediblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*