Siyəzəndə yol qəzasında ölən piyadanın kimliyi müəyyənləşdi – YENİLƏNİBbackend

Siyəzəndə yol qəzasında ölən piyadanın kimliyi müəyyənləşdi - YENİLƏNİB

Ötən gün axşam saatlarında Bakı-Quba avtomobil yolunda baş verən qəzada ölən piyadanın şəxsiyyəti müəyyənləşdirilib.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, Bakı-Quba yolunun 103-cü km-də “Daewoo Nexia” markalı avtomobil ilə vurulan piyada Siyəzənin Kiçik Həmyə kənd sakini, 56 yaşlı Niyyət Zeynalabdin oğlu Muradovdur.

=====================================================================================================

Bu gün axşam saatlarında Bakı-Quba yolunda piyadanı vuraraq öldürən sürücü saxlanılıb.

KONKRET.az APA-ya istinadən xəbər verir ki, hadisəni “90 RC 234” dövlət nömrə nişanlı “Nexia” markalı avtomobillə Xaçmaz rayon sakini İftixar Ələsgərovun törətdiyi bildirilir.

Hadisə zamanı ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, bu gün axşam saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə magistralın 103-cü km-də qeydə alınıb.

Yolu keçmək istəyən piyadanı avtomobil vuraraq öldürüb. Hadisəni törədən sürücünün və ölən piyadanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*