Slovakiya qaz tranziti ilə bağlı Aİ ilə birgə işçi qrupu yaradacaqbackend

Slovakiya qaz tranziti ilə bağlı Aİ ilə birgə işçi qrupu yaradacaq

Avropa Komissiyası və Slovakiya Ukrayna ərazisindən qaz tranziti ilə bağlı saziş başa çatdıqdan sonra işçi qrupu yaradacaq.

KONKRET.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Slovakiyanın baş naziri Robert Fiko bildirib ki, bu məsələləri Slovakiya ilə Avropa Komissiyası arasında həm siyasi, həm də texniki səviyyədə yaxından müzakirə etməyə davam edəcəyik: “Bu kontekstdə biz vəziyyətin birgə qiymətləndirilməsi əsasında variantları daha da araşdırmaq və müəyyən etmək, Aİ-nin necə kömək edə biləcəyini araşdırmaq üçün yüksək səviyyəli işçi qrupunun yaradılması barədə razılığa gəldik”.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*