Solovyovun villasını YANDIRDILAR – FOTObackend

Solovyovun villasını YANDIRDILAR - FOTO

İtaliyada Solovyovun villasını yandırmağa cəhd ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb. Aprelin 6-da səhər naməlum şəxslər İtaliyanın Komo şəhərində rusiyalı teleaparıcı Vladimir Solovyovun villasını yandırmağa cəhd ediblər.

Nəşrin məlumatına görə, yanğınsöndürənləri yerli sakinlərdən biri çağırıb. Yanğınsöndürənlər hadisə yerinə gəliblər.

Yanğın törədənlərin təkərlərdən istifadə etdiyi qeyd edilir.

İtaliya qəzetinin yazdığına görə, Solovyovun Komo gölünün yaxınlığındakı başqa bir evi də naməlum şəxslərin hərəkətindən zərər çəkib. Belə ki, binanın divarlarına boya atıblar.

Nəşr yazıb ki, martın əvvəlində İtaliyanın Maliyyə Qvardiyası Ukraynadakı hadisələrə görə Aİ-nin sanksiya siyahısında olan rusiyalı iş adamı Alişir Usmanov və teleaparıcı Vladimir Solovyovun əmlakına həbs qoyub. İtaliya mətbuatı yazıb ki, söhbət Komo gölündəki iki Solovyov villasından və Usmanovun Sardiniyadakı villasından gedir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*