Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini andıbackend

Somali Prezidenti Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini andı

Ölkəmizdə rəsmi səfərdə olan Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud fevralın 12-də Fəxri xiyabanda xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

KONKRET.az xəbər verir ki, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Həmçinin tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin xatirələri yad edilib, məzarları üstünə gül dəstələri qoyulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*