“Əş-Şəbab” terror qruplaşması Somalinin cənubundakı Bulo Marer şəhərini ələ keçirib.
KONKRET.az CNN-ə istinadən xəbər verir ki, hökumət qüvvələri ilə silahlılar arasında şiddətli döyüşlər baş verib.
Hər iki tərəfdən mümkün itkilər barədə məlumat hələki verilməyib. Bulo Marer paytaxt Moqadişudan 100 km cənubda yerləşir.
