Somalidə partlayış baş verdi, ölən və yaralananlar varbackend

Somalidə partlayış baş verdi, ölən və yaralananlar var

Somalinin paytaxtı Moqadişoda partlayış baş verib.

KONKRET.az Trend.az-a istinadən xəbər verir ki,, partlayış nəticəsində 2 nəfər ölüb, 20 nəfər isə yaralanıb.

Qeyd olunur ki, partlayıcı maddələrlə doldurulmuş avtomobil türkiyəli işçilərin nahar etdiyi yerin yaxınlığında partladılıb.

Türkiyənin səhiyyə naziri Fahrettin Koca öz “Twitter” səhifəsində bildirib ki, partlayış nəticəsində 6 Türkiyə vətəndaşı xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Onun sözlərinə görə, xəsarət alanlardan 2-nin vəziyyəti ağırdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*