Son 15 gündə Ermənistanda 6 nazir istefaya getdi – Siyasi böhran dərinləşirbackend

Son 15 gündə Ermənistanda 6 nazir istefaya getdi - Siyasi böhran dərinləşir

10 noyabr sülh anlaşmasından sonra Ermənistanda siyasi böhran dərinləşməkdə davam edir. Ermənistanın hərbi kapitulyasiyasından sonra Nikol Paşinyan hökumətinin on iki nazirindən altısı istefaya gedib.

KONKRET.az xəbər verir ki, bu barədə ”Moskovskiy komsomolets” məlumat yayıb. Məlumatda deyilir ki, Paşinyanın davamlı xahişləri əsasında Ermənistan prezidenti xarici işlər naziri Zöhrab Mnaçakanyan, fövqəladə hallar naziri Feliks Solakyan, müdafiə naziri David Tonoyan, əmək və sosial işlər naziri Zaruhi Batoyan, habelə təhsil, elm, mədəniyyət və idman naziri Arayik Arutyunyanı istefaya göndərib.

Bundan əvvəl isə Ermənistanın iqtisadiyyat naziri Tiqran Xaçatryan istefa ərizəsi yazmışdı. Lakin hələlik fərman imzalanmayıb.

Bu da onu göstərir ki, Ermənistanda hərbi-iqtisadi böhranın ardınca siyasi böhran da dərinləşir.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*