SON DƏQİQƏ: ABŞ Rusiyanı dayandırmaq üçün YENİ PLAN HAZIRLADIbackend

SON DƏQİQƏ: ABŞ Rusiyanı dayandırmaq üçün YENİ PLAN HAZIRLADI

NATO Rusiyanın Serbiya üzərindən xüsusi təyinatlı qüvvələrini yerləşdirmək cəhdlərinin qarşısını almaq üçün Bosniya və ümumilikdə Balkanlarda çevik reaksiya verən qoşunlar cəmləşdirməlidir.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Rusiyanın yerli media orqanlarında məlumat dərc edilib.

“Artıq oturub Rusiya və Serbiyanın NATO və Avropa İttifaqının təhlükəsizliyinə qarşı artan bu çağırışını seyr etmək niyyətində deyilik. Artan hərbi xərclər və Serbiya ilə Rusiya arasındakı daha sıx əlaqələr NATO və Aİ-ni Qərbi Balkan ölkələrinin inteqrasiyasına dair yeni öhdəliklər hazırlamağa məcbur edir. Bizim regionda fəaliyyətimizi bərpa etməyimiz üçün Rusiyanın yaratdığı qeyri-sabitlik şəbəkəsi məhv olmalıdır”, – məqalədə deyilir.

Müəlliflər Serbiya prezidentinə (Bosniya və Herseqovinanın bir hissəsi) və onun ətrafına qarşı sanksiyaların artırılmasını tələb edirlər:

“Sanksiyalar prezident Dodikin partiyasının daha çox kadrlarını əhatə edəcək şəkildə genişləndirilməli və Rusiyanın Serbiya üzərindən xüsusi təyinatlı qüvvələrini yerləşdirmək cəhdlərinin qarşısını almalıdır. Eləcə də Bosniyada və daha geniş bölgədə çevik reaksiya qüvvələrinin yerləşdirilməsi ilə bağlı NATO tərəfindən dəqiq qərar qəbul edilməlidir”.

“Ukraynadakı müharibə və bu yeni dünya nizamının yaratdığı problemlər fonunda, NATO və Aİ-ni sarsıtmaq istəyən regiondakı qüvvələrə əziz tutduğumuz dəyərləri məhv etməyə imkan verməyəcəyik”, – deyə müəlliflər fikirlərini yekunlaşdırıblar.

Müşviq Tofiqoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*