SON DƏQİQƏ: Azərbaycandan Ermənistana 5 bənddən ibarət yeni TƏKLİFbackend

SON DƏQİQƏ: Azərbaycandan Ermənistana 5 bənddən ibarət yeni TƏKLİF

“Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət sənəd göndərib və cavab gözləyir”.

KONKRET.az “trthaber.com”a istinadən xəbər verir ki, bu fikirləri  Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov səsləndirib. O bildirib ki, işğal faktoru Ermənistanla Azərbaycan arasında uzun illər münasibətlərin olmaması ilə nəticələnib: “Hamıya məlumdur ki, 30 ildən artıq bir müddət, yəni 90-cı illərin əvvəllərindən başlayaraq Ermənistan Azərbaycan ərazilərini işğal edib. Azərbaycan vətəndaşları isə öz yurdlarından didərgin salınıb” – Bayramov vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyevin bir il əvvəl Ermənistana “Sülh imzalamağa hazırıq” mesajını verdiyini xatırladan Bayramov sözünü belə davam etdirib: “Bir ilə yaxındır ki, Ermənistan tərəfindən bizim təklifimizə cavab yoxdur. Azərbaycan tərəfi öz xoşməramlılığını göstərmək üçün bu yaxınlarda Ermənistana yeni təkliflə çıxış edib. Biz Ermənistan tərəfinə mahiyyətcə Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılmasını özündə əks etdirən bəzi əsas prinsipləri təklif etdik. Biz münaqişənin tənzimlənməsinə dair əsas prinsiplərə və ənənələrə uyğun olaraq öz fikrimizi bildirdik. Biz münasibətləri müəyyən prinsiplər əsasında inkişaf etdirməyə hazır olduğumuzu dedik. Ermənistan bunlara baxıb öz fikrini bildirməlidir. Əgər Ermənistan səmimi şəkildə münasibətlərin normallaşmasını istəyirsə, bu, onlar üçün çox yaxşı fürsətdir. Ermənistanın cavabı tezliklə bəlli olacaq və biz təbii ki, bundan sonra müvafiq addımlar atacağıq”.

Bir səhifəlik sənəddə 5 əsas prinsip

Təklifin bu yaxınlarda göndərildiyini qeyd edən Bayramov əsas prinsiplərin müəyyənləşdirildiyini və irəli sürüldüyünü vurğulayıb: “Əgər Ermənistan tərəfi münasibətlərin normallaşmasını istəyirsə, bu təklifə öz yanaşmasını dərhal bildirsin. Deməliyəm ki, həmin sənəddə qeyd olunan müddəaların hamısı beynəlxalq münasibətlərin prinsipləridir və orada qeyri-adi şərhlər yoxdur”.

Azərbaycanın dəfələrlə vurğuladığı “iki ölkə arasında sərhədlərin müəyyən edilməsi” məsələsinin də bu təkliflər sırasında olduğunu deyən Ceyhun Bayramov Ermənistanın hər zaman ilkin şərtlər irəli sürdüyünü də xatırladıb. Prosesin başlanması üçün ilkin şərtlərin qəbuledilməz olduğunu vurğulayan Bayramov, “İkitərəfli əməkdaşlıq qrupu yaradılmalı və bu qrup fəaliyyətə başlamalıdır” – deyə əlavə edib.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

 

  • Namiq
    Mart 12, 2022 - 02:39

    Laçın dəhlizinin ləğvi ilə bağlı nə vaxt tədbir görüləcək

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*