Rusiyanın paytaxtı Moskvada azərbaycanlılarla göruş kecirilir.
KONKRET.az-ın Rusiya bürosu xəbər verir ki, görüşdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edir. Moskvada yaşayan diaspor nümayəndələrilə keçirilən görüşdə səfir P.Bülbüloğlu tədbirin mahiyyəti haqqında danışıb. Diplomat qeyd edib ki, Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərinin Rusiyada yasayan soydaşlarımızla görüşməsi Azərbaycan dövlətinin Rusiyada yaşayan azərbaycanlılara diqqətindən xəbər verir. Görüşdə Komitənin sədri Fuad Muradov geniş cıxıs edib. Sədr cıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Diaspor təşkilatlanması prosesinin son illər ərzində daha da sürətlənməsi prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir.
Görüşdə tanınmış diaspor üzvləri Ramiz Abutalıbov, Rauf Atolibəyov və Adil Hacınski Azərbaycan Cümhuriyyətinin 100 illiyi ilə bağlı medalla təltif edilib.
Sənan HƏSƏNOĞLU


