SON DƏQİQƏ – Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər evdən çıxa bilmirbackend

SON DƏQİQƏ - Bakıda hündürmərtəbəli binada yanğın: Sakinlər evdən çıxa bilmir

Bakıda hündürmərtəbəli yaşayış binasında yanğın başlayıb.

KONKRET.AZ xəbər verir ki, bu barədə yanğın baş verən binanın sakinləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər.

Bildirilir ki, Xətai rayonu, Natiq Əliyev 42 ünvanında yerləşən 17 mərtəbəli binada başlayan yanğın nəticəsində bloklara və evlərə tüstü dolub. Sakinlər deyirlər ki, evlərindən çıxa bilmirlər.

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, yanğın binanın elektrik şaxtasında başlayıb.

Hadisə yerinə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib.

Hadisə ilə bağlı ətraflı məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*