SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildibackend

SON DƏQİQƏ! İranda şok: İnsanların evinə basqın edildi

İranın Sistan və Bəlucistan vilayətində yerli bəluç əhalisinə qarşı təhlükəsizlik qüvvələrinin təzyiqləri yenidən artmağa başlayıb. Zabol şəhərinin Təppe bölgəsində hökumətin xüsusi kəşfiyyat orqanları insanların şəxsi mülklərinə kütləvi basqınlar təşkil edib.

KONKRET.az insan haqları təşkilatlarına (HRANA) istinadən xəbər verir ki, kəşfiyyatçı qüvvələr bölgədəki evlərə qəfil hücum edərək qanunsuz axtarışlar aparıblar.

Yerli sakinlərin rəsmi haqları müdafiə edən mənbələrə verdiyi məlumata görə, əməliyyat zamanı məmurlar evlərdəki qadın və uşaqlara qarşı son dərəcə nalayiq və aqressiv rəftar nümayiş etdiriblər. Basqın əsnasında bəzi bəluç qadınlarının odlu silah və təhdidlərlə qorxudulduğu bildirilir.

Hökumət qüvvələrinin bu amansız davranışı daxili gərginliyi daha da alovlandırıb. Belə ki, basqın edilən evləri qorumağa çalışan kənd gənclərindən biri ilə silahlı məmurlar arasında kəskin qarşıdurma yaranıb və hadisə əlbəyaxa dava ilə nəticələnib. Bölgədə vəziyyətin hələ də gərgin olduğu və hüquq-mühafizə orqanlarının əraziyə əlavə qüvvələr cəlb etdiyi gələn məlumatlar arasındadır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*