Livan dövləti və mərkəzi bankı müflis oldu.
KONKRET.az xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb. Media bildirib ki, Livan Baş nazirinin müavini, iqtisadiyyat üzrə professor Saad Əl-Şami dövlətin və mərkəzi bankın müflis olduğunu elan edib.
Əl-Şami sosial şəbəkələrdə yazıb: “Təəssüf ki, dövlət də Bank du Liban (Livan Mərkəzi Bankı) kimi müflis oldu, heç bir şey edilməsə, itkilər daha da çox olacaq”.
“Əl-Cədid” qəzetinə verdiyi müsahibədə Əl-Şami qeyd edib: “Bu, gözardı edilə bilməyən bir həqiqətdir, biz inkar vəziyyətində yaşaya bilmərik”.
İqtisadçı aydınlaşdırıb ki, 2020-ci ildə Livan hökuməti artıq müflis olduğunu elan edib, lakin indi “mərkəzi bank ölüb, indi livanlıların necə pul çap edəcəyi bəlli deyil.
Biz vətəndaşların bankda saxlanılan vəsaitlərini təmin edə bilmərik, müvafiq olaraq, onlar vəsaitləri geri ala bilməyəcəklər”, – professor Əl-Şami yekunlaşdırıb.
Xuraman Etibarlı,
KONKRET.az
