ABŞ Rusiyanın 17 hissəyə bölünmüş xəritəsini dərc edib
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, xəritə ABŞ hökumətinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Komissiyasının (ATƏT) rəsmi saytında yerləşdirilib.
“Rusiyanın dekolonizasiyası” adlandırılan bu hal Kremldə birmənalı qarşılanmayıb. “Əgər kimsə Qərbin Rusiyaya qarşı əsl niyyətinə şübhə edirsə, o zaman ATƏT-in saytına baxsın” – deyə rusiyalı analitiklər vurğulayırlar.
“Rusiyanın Ukrayna ilə, ondan əvvəl isə Suriya, Liviya, Gürcüstan və Çeçenistanla müharibəsi Kremlin imperiya xarakterini bütün dünyaya nümayiş etdirdi. Onun təcavüzkar siyasətini, yerli qeyri-rus xalqları üzərində hökmranlığını qurmaq istəyini, eləcə də həmin xalqların milli ifadə və öz müqəddəratını təyin etmə hüquqlarını boğmasını sübuta yetirdi”, – ABŞ qəzetlərinin üslubunda yazılan elmi sənəddə belə deyilir.
Rusiya həddən artıq böyükdür. Ona görə də siyasi qüvvələr deyirlər ki, bu “geosiyasi canavar” Qərb sivilizasiyasına təhlükə törətmədən çoxlu hissələrə bölünməlidir. Hesabatın müəllifləri belə bir əməliyyatın mənəvi və strateji zərurətinə əmindirlər.
Xəritələrdən birinə görə Rusiya 17 hissəyə bölünəcək. Amerikalıları “Sibir Respublikası, “Uzaq Şərq Respublikası”, “Saxa Respublikası”, Buryatiya, Tuva və Altayın görünüşü cəlb edir. Qərbdən onu “Ural Respublikası” və “Komi” adlanan subarktik ərazi sıxacaq. Rusiya lütfkarlıqla Avropa hissəsini tərk edəcək. Bölücülərin ssenarisinə görə “Şimali Qafqaz Federasiyası”ndan Kalmıkiyaya və indiki Volqa respublikalarına qədər 8 anklav təşkil ediləcək.
Rusiyanı parçalamaq sxeminin bütün müəllifləri bu arqumentdən çıxış edirdilər ki, böyük ölkənin kötükləri daim bir-biri ilə ədavətdə olacaq. Və vətəndaş qarşıdurmalarında kollektiv Qərbdən dəstək axtaracaq.

Müşviq Tofiqoğlu,
KONKRET.az
