backend

SON DƏQİQƏ: Rusiyada zəlzələ oldu

Buryatiyada Baykal gölünün sularında 5,7 bal gücündə zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, yeraltı təkanlar Ulan-Udedə də hiss olunub.

Rusiya Fövqəladə Hallar Nazirliyinin respublika üzrə Baş İdarəsindən bildiriblər ki, “Saat 20.52-də Kurumkan rayonunun Sahuli kəndindən 58 kilometr şimal-qərbdə seysmik hadisə baş verib”.

Yeraltı təkanlar regional paytaxtla yanaşı, Kurumkanski, Barquzinski, Severo-Baykalski rayonlarında və Severobaykalsk şəhərində də hiss olunub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*