SON DƏQİQƏ: Stadionda İZDİHAM – onlarla ölü, yüzlərlə yaralı var – FOTObackend

SON DƏQİQƏ: Stadionda İZDİHAM - onlarla ölü, yüzlərlə yaralı var - FOTO

Mozambikin Nampula bölgəsində hakim “Qurtuluş Cəbhəsi” partiyasının təşkil etdiyi mitinq zamanı dəhşətli faciə baş verib.

Konkret.az “aljazeera” portalına istinadən xəbər verir ki, stadionda təşkil olunan mitinq zamanı izdiham olub. Nəticədə azı 10 nəfər həyatını itirib. 100-ə qədər yaralı var.

Xəstəxanaya yerləşdirilən yaralılardan bəzilərinin vəziyyəti ağırdır.

Məlumata görə, siyasətçilərin çıxışından sonra mitinq iştirakçılarının bir çıxışa yönəlməsi izdihama səbəb olub. İnsanlar bir-birlərini tapdalayıb.

Qeyd edək ki, Mozambikdə prezident seçkiləri kampaniyası çərçivəsində partiyalar müxtəlif bölgələrdə mitinqlər təşkil edir.

Redaktor.az

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*