SON DƏQİQƏ: Zelenski Ukraynada müharibənin bitəcəyi tarixi AÇIQLADIbackend

SON DƏQİQƏ: Zelenski Ukraynada müharibənin bitəcəyi tarixi AÇIQLADI

“Qərb Kiyevi vaxtında silahla təmin edərsə, Ukraynadakı münaqişə ilin sonuna qədər yekunlaşa bilər”.

KONKRET.az xəbər verir ki, bu fikiri CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Volodimir Zelenski səsləndirib. O bir daha Qərb ölkələrini Kiyevə silahla kömək etməyə çağırıb. Zelenski bildirib ki, Qərb hərbi tədarükləri vaxtında həyata keçirsə, Rusiya ilə Ukrayna arasında münaqişə bu ilin sonuna qədər tamamlana bilər.

“Əgər partnyorlarımızdan güclü silah dəstəyi bizə vaxtında çatsa, bu zaman ilin sonuna qədər çox şeyə nail ola və bu müharibəni dayandıra bilərik”, – deyə Zelenski vurğulayıb.

Ukrayna prezidenti Avropa ölkələrinin qərarlarına təsir edən ABŞ-a silah tədarükünə görə minnətdarlığını bildirib:

“Bu, həm də siyasi dəstəkdir. Etiraf edim ki, Avropanın bəzi ölkələri Rusiya ilə Ukrayna arasında balansın olmasını istəyir. Lakin ABŞ-ın köməyi sayəsində onlar bizi dəstəkləməyə başlayılar”, – deyə Zelenski əlavə edib.

“Bütün dünya liderlərinə müraciət edirəm və deyirəm ki, yardımın vaxtında göstərilməsi ukraynalıların həyatını qurtaracaq. Həmçinin bizə Rusiya tərəfindən işğal olunan əraziləri qaytarmağa kömək edəcək”, – deyə Ukrayna prezidenti fikirlərini tamamlayıb.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*