Son iki gündə Almaniyadan deportasiya edilən azərbaycanlıların SİYAHISIbackend

Son iki gündə Almaniyadan deportasiya edilən azərbaycanlıların SİYAHISI

Son iki gündə Almaniyadan 11 Azərbaycan vətəndaşı deportasiya edilib.

KONKRET.AZ-ın məlumatına görə, daha öncə sosial şəbəkələrə belə informasiya qeud olunmuşdu. Məlumata görə, deport olunanlar Almaniyanın Şimali Reyn Vestfaliya əyalətinin Geseke şəhərində yaşayan Əfran və Ülviyyə Mütəllimovalar, Axen şəhərindən Toğrul Məmmədov, Hamm şəhərindən Azər Əliyev həyat yoldaşı və iki uşağı ilə, Bavariya əyalətindən isə İmran Davudov, Ülviyyə Davudova və onların övladları – 11 yaşlı Fatimə və 9 yaşlı Binnət Davudovalardır.

Azərbaycan vətəndaşları Bayroyt və Düsseldorf hava limanlarından transfer uçuşu vasitəsilə Azərbaycana deportasiya ediliblər.

Onlar sığınacaq istəklərinin geri çevrilməsi ilə bağlı Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin (BAMF) qərarından məhkəməyə dəfələrlə şikayət etsələr də, deportasiyadan xilas ola bilməyiblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*