Son sutkada 49 nəfər koronavirusa yoluxdu – FOTObackend

Son sutkada 49 nəfər koronavirusa yoluxdu - FOTO

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son sutkada 49 yeni yoluxma faktı qeydə alınıb, 40 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan KONKRET.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxmış 1 nəfər ölüb.

İndiyədək ölkədə ümumilikdə 823 149 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 812 889 nəfər müalicə olunaraq sağalıb, hazırda 317 aktiv xəstə var. Bu günə qədər 9 943 nəfər vəfat edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1 766, bu günə qədər isə ümumilikdə 7 315 522 test icra olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*