Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 431 vaksin vurulub.
KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 243, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 47, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 115, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 26 nəfərdir.
