SSRİ-də kütləvi şəkildə insan itkisi ilə nəticələnən ilk silahlı millətlərarası münaqişə Ermənistanla Azərbaycan arasında baş verdi. Bu tarixi bir həqiqətdir.
KONKRET.az xəbər verir ki, bunu Dövlət Dumasının İnformasiya siyasəti komitəsinin sədri Aleksandr Xinşteyn Rusiya-1 kanalında yayımlanan ”Vladimir Solovyovla axşam” verilişinin efirində deyib.
Onun sözlərinə görə, Qorbaçovun simasında mərkəzi hakimiyyətin zamanın çağırışlarına adekvat reaksiya verə bilməməsi və bu münaqişənin düzgün həllini tapmaması da tarixi faktdır:
“Daxili qoşunların (SSRİ milisləri) rus (sovet) işçilərinin Qarabağdakı insanları xilas etdiyini söyləyərkən, hökmdarlarının girovuna çevrilən insanları nəzərdə tuturuq. Çünki Böyük Vətən müharibəsindən sonra daxili qoşunların hərbçiləri arasında Sovet İttifaqı Qəhrəmanı adını alan yeganə baş leytenant Talıb Babayevdir. Babayev 1991-ci ildə dinc Azərbaycan əhalisini müdafiə edərkən erməni daşnaklarına qarşı döyüşdə öldürülüb”. (axar.az)
