Şoyqu erməni həmkarı ilə sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİbackend

Şoyqu erməni həmkarı ilə sərhəddəki vəziyyəti MÜZAKİRƏ ETDİ

Rusiya və Ermənistanın müdafiə nazirləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

KONKRET.azArmenpress”ə istinadla xəbər verir ki, Ermənistan Respublikasının müdafiə naziri Vaqarşak Arutyunyan Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqu arasında telefon söhbəti olub.

Söhbət zamanı Ermənistan-Azərbaycan, Geqarkunik və Syunik bölgələrində sərhəddəki vəziyyət və həll yolları müzakirə olunub.

Ermənistan və Rusiya müdafiə nazirləri müdafiə sahəsində Ermənistan-Rusiya əməkdaşlığının dinamik inkişafından məmnunluqlarını ifadə edib, bu istiqamətdə göstərilən proqramların vaxtında və tam şəkildə həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon danışığı zamanı regional problemlərə də toxunulub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*