“Soyuq cavab-2022”: NATO 30 min əsgər və 220 təyyarə ilə təlimlərə BAŞLADIbackend

“Soyuq cavab-2022”: NATO 30 min əsgər və 220 təyyarə ilə təlimlərə BAŞLADI

Norveçdə NATO-nun “Soyuq cavab-2022” adlı hərbi təlimləri başlayıb.

KONKRET.az “Anadolu”ya istinadən xəbər verir ki, təlimlərdə 27 ölkədən 30 min hərbçi iştirak edir.

Təlimlərə 220 təyyarə və 50-dən çox gəmi cəlb olunub.

NATO-nun mənzil-qərargahından bildirilib ki, təlimlər əvvəlcədən planlaşdırılıb, Rusiyanın Ukraynaya hücumu ilə əlaqəsi yoxdur və müdafiə məqsədlidir.

Qeyd edək ki, Rusiya təlimlərə dəvət olunsa da, iştirak etmək istəməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*