Şri-Lankada arvadı ilə tətildə olan rusiyalı turist avtobusu ilə qəzaya düşüb. Nəticədə turist hadisə yerindəcə dünyasını dəyişib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 5-də yerli vaxtla saat 21:30 radələrində avtomobil yük maşını ilə toqquşub. İlkin məlumata görə, avtobus sürücüsü yorğunluqdan sükan arxasında yuxulayıb.
Qəza nəticəsində ikigünlük ekskursiyaya gedən 9 Rusiya vətəndaşı da xəsarət alıb. Ekskursiya səyahət blogeri Artur Bakayev tərəfindən təşkil edilmişdi.
Burhan,
KONKRET.az
