Strasburqun yeni meri erməni ola bilər – SEÇKİbackend

Strasburqun yeni meri erməni ola bilər - SEÇKİ

Bu ilin mart ayında Strasburqda (Fransa) mer seçkiləri keçiriləcək.

KONKRET.az xəbər verir ki, yerli Ətraf Mühitin Qorunması Partiyasından olan 38 yaşlı Janna Barseqhyan seçki yarışının liderlərindən biridir

Barseqhyan bələdiyyə seçkilərinə “Strasburqda ekologiya qoruyucusu bələdiyyə başçısı ola bilər” şüarı ilə iştirak edəcək.

Yaşılların son illərdə əldə etdiyi yaxşı nəticələr, getdikcə daha çox fransızın, ekoloji problemlərin ilk yerlərdə olduğu siyasi partiyalara səs verməyə hazır olduğunu göstərir.

Janna Strasburq bələdiyyə başqanlığına yeganə qadın namizəddir.

Erməni qadın siyasətçi hesab edir ki, siyasətdəki gender ayrıseçkiliyi onu daha çox səy göstərməyə vadar edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*