ABŞ Milli Təhlükəsizlik müşaviri Robert O’Brayn iranlı general Qasım Süleymaninin öldürülməsində məqsədin daha çox qan tökülməsinin qarşısını almaq olduğunu bildirib.
KONKRET. az Demokrat.az-a istinadən xəbər verir ki, Robert O’Braynın sözlərinə görə, Süleymani ABŞ qoşunlarına hücüm planlaşdırmışdı:
“ABŞ İrandan münaqişəni kəskinləşdirməkdənsə, danışıqlar üçün “düzgün yol” seçməsini gözləyir. Münaqişəni dərinləşdirmək yaxşı qərar olmayacaq”.
Bundan əvvəl Tramp ABŞ-nın Süleymanini zərərsizləşdirməyi İranla müharibəni davam etmək yox, dayandırmaq üçün etdiyini bildirib.
