“Süleymani ölkəmiz haqqında pis danışırdı”backend

“Süleymani ölkəmiz haqqında pis danışırdı”

ABŞ Prezidenti Donald Tramp iranlı general Qasım Süleymaninin öldürülməsinə daha bir münasibət bildirib.

KONKRET.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Tramp Süleymaninin hansı səbəbdən öldürüldüyünü tez-tez soruşanları tənqid edərək onun məşhur terrorçu olduğunu bildirib.

Amerika lideri generalın uzun müddət ABŞ-ın “qara siyahı”sında olduğunu deyib:

“Bu şəxs ölkəmiz haqqında pis danışırdı”.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava Limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun “Qüds” Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*