Süleymaninin ölümü futbolu da “vurdu”backend

Süleymaninin ölümü futbolu da "vurdu"

İran generalı Qasım Süleymaninin öldürülməsi ilə Yaxın Şərqdə yaşanan böhran səbəbindən ABŞ-ın milli futbol komandası Qətərdəki təlim məşq toplanışını təxirə salıb.

KONKRET.az xəbər verir ki, bu barədə ABŞ Futbol Federasiyası məlumat yayıb.

Bildirilib ki, Federasiya hazırda alternativ düşərgə proqramı üzərində çalışır.

“Bölgədə yaşanan hadisələr səbəbindən milli komandanın yanvarda Qətərdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı təxirə salınıb” deyə federasiyadan qeyd edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*