“Sülh müqaviləsinin imzalanması və şərtləri Rusiyadan asılıdır, çünki Kremlin öz planı var” – İLGİNC AÇIQLAMAbackend

“Sülh müqaviləsinin imzalanması və şərtləri Rusiyadan asılıdır, çünki Kremlin öz planı var” – İLGİNC AÇIQLAMA

Volodimir Zelenski Amerikanın FoxNews telekanalına müsahibəsində deyib ki, Rusiya ilə müharibədə Ukrayna üçün yalnız qələbə məqbuldur, lakin Kiyev sülh naminə işğalçıya ərazi güzəştinə getməyəcək. Ukrayna lideri əlavə edib ki, biz torpaqlarımızla alver etmirik, ərazi bütövlüyü və suverenlik məsələsi müzakirə olunmur.

Bəs görəsən Zelenskinin bu fikirləri müharibənin müddətini uzadacaqmı?

Mövzu ilə bağlı KONKRET.az-a danışan politoloq Tofiq Abbasov bildirib ki, Zelenskinin bu açıqlaması reallıqla uzlaşmır: “Zelenski bu açıqlaması ilə öz mövqeyini ortaya qoyub. O çalışır ki, tarixə öz adını mübariz və qalib lider kimi yazdırsın. Lakin Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlar keçirir. Ukraynanın çox böyük itkiləri var. Şəhərləri dağılıb, yüzlərlə insan bu müharibədə həyatını itirib. Belə bir açıqlama günün reallığına nəzəri cəhətdən uyğun gələ bilər. Lakin təcrübədə bu mümkün deyil”.

Azərbaycan-Gürcüstan münasibətləri örnək sayıla bilər - politoloq

Politoloqun fikrincə, sülh müqaviləsinin imzalanması və şərtləri Rusiyadan asılıdır: “Rusiya rəhbərliyi Zelenskini faktiki olaraq qanuni prezident olaraq görmür. Onu radikal və millətçi qüvvələrin rəhbəri kimi qələmə verir. Zelenskiyə qarşı irəli sürürlən ittihamlardan biri də onun radikal qüvvələrin “əl-ayağını” yığışdıra bilməməsidir. Rusiya düşünür ki, Zelenski o qüvvələrlə əməkdaşlıq edir. Ukrayna lideri özü də başa düşür ki, onun açıqlamaları heç bir işlək potensiala malik deyil.  Sülh müqaviləsinin imzalanması və şərtləri Rusiyadan asılıdır. Çünki Rusiyanın öz planı var və həmin plan üzrə əməliyyatlarını davam etdirir. Lazım olanda Rusiya bu məsələyə münasibətini ortaya qoyacaq”.

Şəbnəm Mehdizadə,

KONKRET.az

  • Tahir
    Aprel 2, 2022 - 13:42

    Tofiqin siyasi analiz, rəy və öncə görmələri heç zaman ciddi qəbul olunmayıb və maraq kəsb etməyib. Son zamanlar isə o daha çox studyanı rinqə çevirməklə, müxalif oponentinə kəllə atmaqla yadda qalıb, reytinq qazana bilib…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*