“Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitab dərc olunubbackend

“Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitab dərc olunub

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə Avropaya İnteqrasiya Mərkəzi (AİM) İctimai Birliyi tərəfindən “Təhlükəsiz yaşamaq hüququnun təminatı” layihəsi çərçivəsində “Sülh və təhlükəsiz yaşamaq hüququ” adlı elektron kitab dərc olunub.

KONKRET.az xəbər verir ki,elektron vəsaitdə sülh və təhlükəsiz yaşamaq hüququnun təminatının  beynəlxalq hüquqi məsələləri təhlil olunub. Kitabda həmçinin Cənubi Qafqazda sülhün və  təhlükəsiz yaşamaq  hüququnun təminatı ilə bağlı bəzi zəruri məqamlara toxunulur, regionda törədilən transmilli cinayətlərin sülh hüququ və təhlükəsiz yaşamaq hüququ üçün yaratdığı fəsadlar və onların aradan qaldırılması üzrə beynəlxalq və milli hüquq normaları təhlil olunub.

Kitabın müəllifi Ədliyyə Nazirliyi Ədliyyə Akademiyasının baş müəllimi, dosent, hüquq elmləri üzrə fəlsəfə doktoru Səyyad Məcidovdur. Elektron kitab internet və sosial şəbəkə istifadəçiləri, sülh və təhlükəsiz yaşamaq hüququ ilə bağlı araşdırma aparan tədqiqatçılar və geniş ictimaiyyət üçün nəzərdə tutulub. Kitabın həm Azərbaycan dilində olan, həm də ingilis dilinə tərümə olunmuş versiyalarını www.aggression.az saytının E-kitablar bölməsi vasitəsilə əldə etmək mümkündür.

Qeyd edək ki, 2 ay müddətinə Bakı şəhərində icra olunacaq layihənin məqsədi təhlükəsiz və sülh şəraitində yaşamaq hüququna töhfə vermək üçün onlayn hüquqi maarifləndirmə işlərinin həyata keçirilməsidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*