“Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edəcək” – RƏSMİbackend

"Sülh yolu ilə də olmasa, Azərbaycan hərbi yolla torpaqlarını işğaldan azad edəcək” - RƏSMİ

“Siz Gəncədə Ermənistanın beynəlxalq müharibə cinayəti törətdiyinin şahidi oldunuz.Təəssüflər olsun ki, Ermənistanın törətdiyi müharibə cinayətlərinə qarşı beynəlxalq ictimaiyyətin kifayət qədər təpkisi yoxdur”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Azərbaycan öz əhalisinin təhlükəsizliyini təmin etmək üçün lazımi qabaqlayıcı addımlar atmağa hazırdır:

“Ermənistan atəşkəs rejiminə əməl etməli, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalıdır. Yalnız bu halda münaqişə sülh yolu ilə öz həllini tapacaq. Sülh yolu ilə də olmasa, Azərbaycan hərb vasitəsilə ərazisini işğaldan azad edəcək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*