backend

Sülhməramlılar bu halda Qarabağı tərk edəcək - Dmitriyev

Rusiya sülhməramlıları Qarabağı dörd ildən sonra tərk etmək məcburiyyətində qalacaqlar.

KONKRET.az xəbər verir ki, bunu “Russkiy oriyentalist” Teleqram kanalının müəllifi, şərqşünas İqor Dmitriyev deyib.

“Dörd il ərzində çox şeylər baş verə bilər, situasiya əhəmiyyətli dərəcədə dəyişəcək. Rusiyanın orada qalmaq üçün hansısa əsası yoxdur. Sülhməramlıların burada yerləşməsi sadəcə Qarabağın ermənilər üçün itirilməsi prosesini daha az ağrılı edəcək.

Bu dörd il ərzində ermənilər Qarabağı tərk edəcəklər, etnik təmizləmə olmayacaq. Rusiya sülhməramlıları Qarabağdan ermənilərin tələsik olmayan, travmatik xarakter daşımayan evakuasiyasını ört-basdır edirlər”, – deyə o bildirib./Axar.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*