“Qazaxıstan hökuməti Rusiya ilə Ukrayna arasında gedən müharibədə tərəflərin heç birini dəstəkləmir”.
KONKRET.az Tengrinews-a istinadən xəbər verir ki, bunu martın 3-də Qazaxıstan müdafiə nazirinin müavini Sultan Kamaletdinov bildirib.
O qeyd edib ki, bu məsələnin Qazaxıstana heç bir aidiyyatı yoxdur:
“Rusiya ilə Ukrayna arasındakı münaqişənin Qazaxıstanla heç bir əlaqəsi yoxdur. Biz heç bir tərəfi dəstəkləmirik. Bununla bağlı heç bir sual ola bilməz”.
Eyni zamanda, Kamaletdinov Rusiya Federasiyasının KTMT üzrə müttəfiqi olan Qazaxıstana hücum etməyəcəyinə ümid etdiyini bildirib:
“Təbii ki, bu məsələ hamını narahat edir. Ümid edirik ki, Silahlı Qüvvələr dünənki müşavirədə nazirimizin əmin etdiyi kimi, qarşıya qoyulan vəzifələrin icrasına hazırdır. Təbii ki, biz təminat veririk (Qazaxıstanda sülh və təhlükəsizlik), bu, birmənalıdır. Bunun üçün Silahlı Qüvvələr, digər qoşunlar və hərbi birləşmələr dövlət tərəfindən saxlanılır, çünki bizim vəzifəmiz suverenliyi və ərazi bütövlüyünü təmin etməkdir”.
Vəsilə İbrahim
KONKRET.az
