Sumqayıtda mağaza və dönərxanada yanğın baş verdibackend

Sumqayıtda mağaza və dönərxanada yanğın baş verdi

Sumqayıtda mağaza və dönərxada yanğın olub.

Bu barədə KONKRET.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, şəhərin Hacı Zeynalabdin qəsəbəsində ümumi sahəsi 61 m² olan bir dam altında tikilən obyektlərdən sahəsi 42 m² olan geyim mağazasının yanar konstruksiyaları yanıb, yüksək temperaturdan sahəsi 19 m² olan dönərxananın lambirindən ibarət tavanı əriyib. Obyektin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*