Sumqayıtda neft kəmərində QƏZA – VİDEObackend

Sumqayıtda neft kəmərində QƏZA - VİDEO

Sumqayıtda neft kəmərində qəza olub.

KONKRET.az xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

Texniki qəza nəticəsində yaxınlıqdakı evlərin həyətinə neft dolub. Hadisə yerinə polis, FHN və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub.

Qəzanın qarşısının alınması istiqamətində tədbirlər görülür.

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*