Sumqayıtda sursat aşkarlandı – FHN-nin çevik qrupu hadisə yerində + VİDEObackend

Sumqayıtda sursat aşkarlandı – FHN-nin çevik qrupu hadisə yerində + VİDEO

Fövqəladə Hallar Nazirliyi (FHN) Sumqayıt şəhəri ərazisində aşkar edilmiş sursatı zərərsizləşdirmək məqsədilə hadisə yerindən kənarlaşdırıb.

KONKRET.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri ərazisində sursatın aşkar olunması barədə xəbər daxil olub. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu dərhal hadisə yerinə cəlb edilib.

Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 5 ədəd F-1 əl qumbarası, 3 ədəd UZRQM partladıcısı və 1 ədəd tüstü şaşqası olduğu müəyyən edilib.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Xatirə SADİQ,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*