Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
KONKRET.az xəbər verir ki, Yeni Günəşli qəsəbəsində 2003-cü il təvəllüdlü Kərimov Məhəmməd Ömər oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.
Faktla bağlı araşdırma aparılır.
