Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR – Bu istiqamətdə dayanacaq verilib…backend

Sürət qatarından istifadə edənlərə ŞAD XƏBƏR - Bu istiqamətdə dayanacaq verilib...

Bakı-Ağstafa-Bakı sürət elektrik qatarlarının keçdiyi Tovuz stansiyasında təmir-yenidənqurma işləri başa çatıb.

KONKRET.az bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) istinadən xəbər verir.

Məlumata görə, bu gündən qatarlara bu stansiyada dayanacaq verilməsi bərpa edilib.

Hərəkət cədvəli və biletlər haqqında məlumatı dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından, “ADY Mobile” (www.ady.az/app) tətbiqindən və yaxud 1822 Əlaqə Mərkəzindən əldə etmək olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*