Sürətlə silahlanan ölkələr – SİYAHIbackend

Sürətlə silahlanan ölkələr - SİYAHI

Dünyada hərbi xərclərin artması rekord həddə çataraq 2 trilyon dolları keçib.

KONKRET.az xəbər verir ki, bu barədə İsveçin paytaxtı Stokholmda fəaliyyət göstərən Dünya Problemlərinin Tədqiqi üzrə Beynəlxalq İnstitut məlumat yayıb.

İnstitutun ekspertləri tərəfindən hazırlanan illik hesabatda göstərilir ki, 7 il ərzində dünyada hərbi xərclər durmadan artaraq 2021-ci ildə 2 trilyon dolları ötüb.

Hərbi xərcləri artıran dövlətlər arasında ilk yeri ABŞ tutur. Rəsmi Vaşinqton 2021-ci ildə hərbi xərclərini artıraraq 801 milyard dollara çatdırıb ki, bu da əvvəlki illərlə müqayisədə 21 faiz artım deməkdir.

İkinci yerdə hərbi məqsədlərə 293 milyard dollar xərcləyən Çin gəlir. Pekin 2021-ci ildə hərbi xərclərini ötən illərlə müqayisədə 4,7 faiz artırıb. Üçüncü yeri 76,6 milyard dollar artımla Hindistan tutur. Bu dövlət keçən illərlə müqayisədə hərbi xərclərini 2,9 faiz artırıb. Rusiya isə 2021-ci ildə hərbi xərclərini 65,9 milyard dollara çatdırıb ki, bu da 2,9 faiz artım deməkdir. Sonrakı yerlərdə Böyük Britaniya, Fransa, Türkiyə və digər Avropa dövlətləri dururlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*