Suriya bu xəbərdən şoka düşdü – Ölkə üçün yeni dönəm başladıbackend

Suriya bu xəbərdən şoka düşdü - Ölkə üçün yeni dönəm başladı

ABŞ dövlət katibi Marko Rubio maraqlı və Suriyanı sevindirəcək bəyanatla çıxış edib.

KONKRET.az xəbər verir ki, dövlət katibi bəyanatında bildirib ki, “Suriyanın “terrora dəstək verən dövlət” statusunu rəsmi olaraq ləğv etdim.

Bu qərar Suriyanın iqtisadi cəhətdən yenidən dirçəlməsi və inkişafı üçün yeni imkanlar yaradacaq.

Tramp administrasiyası Yaxın Şərqdə sülhün, rifahın və təhlükəsizliyin təmin edilməsi istiqamətində fəaliyyətini davam etdirir”.

Artıq Suriyanın dövlət telekanalında, media resurslarında bəyanatla bağlı şərhlər və materiallar ictimaiyyətə təqdim edilir.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*