Suriyada 28 nəfərin öldüyü terror aktının təşkilatçıları müəyyənləşdibackend

Suriyada 28 nəfərin öldüyü terror aktının təşkilatçıları müəyyənləşdi

İŞİD terror qruplaşması çərşənbə günü Suriyada avtobusun partladılmasına görə məsuliyyəti üzərinə götürüb.

KONKRET.az xəbər verir ki, bu barədə terrorçuların şəbəkə resurslarına istinadən “Reuters” agentliyi məlumat yayıb.

Daha əvvəl Suriyanın SANA dövlət agentliyi bildirib ki, dinc vətəndaşların olduğu avtobus Deyr-ez-Zor-Palmira yolunda terror hücumuna məruz qalıb. Partlayış nəticəsində 28 nəfər həlak olub, daha 13 nəfər yaralanıb.

“Reuters”in məlumatına görə, terrorçular partlayış nəticəsində Suriya ordusunun 40 əsgərinini həlak olduğunu, daha 6 nəfərin xəsarət aldığını iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*