Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!backend

Sürücülərə XƏBƏRDARLIQ: Bu yollarda diqqətli olun!

Dumanlı hava şəraiti ilə əlaqədar bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə KONKRET.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sentyabrın 11-də əsasən gecə və səhər saatlarında duman ilə əlaqədar olaraq Füzuli-Cəbrayıl-Mahmudlu, Naxçıvan-Şahbuz, Quba-Qusar, Quba-Xaçmaz, Xankəndi-Xocavənd, Gəncə-Kəlbəcər-Laçın, Şuşa-Füzuli, Yevlax-Xocalı-Laçın, Gəncə-Daşkəsən, Ağdam-Füzuli-Horadiz, Həkəri-Zəngilan, Ağdam-Ağdərə magistral avtomobil yollarının bəzi hissələrində görmə məsafəsi 300-800 metrədək məhdudlaşacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*