Şuşada kütləvi məzarlıq  AŞKARLANDI – VİDEObackend

Şuşada kütləvi məzarlıq AŞKARLANDI - VİDEO

“İndiyədək aşlarlanan kütləvi məzarlıqlardan ümumilikdə 400-dən artıq insan meyit qalıqları tapılıb”.

KONKRET.az xəbər verir ki, bunu Hərbi Prokurorluğun Xüsusi İstintaq şöbəsinin rəisi Emil Tağıyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, kütləvi məzarlıqlar Şuşa rayonun Daşaltı kəndində, Xocavənd rayonunun Edilli kəndində, Xocalı rayonunun Fərrux kəndində, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində aşkarlanıb.

Şöbə rəisi bildirib ki, məzarlıqlardan tapılan insan meyit qalıqlarının Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərlə eyniləşdirmə aparılması məqsədilə məhkəmə tibbi kriminalistik ekspertizası ilə yanaşı 200-dən artıq məhkəmə molekulyar genetik ekpertizası təyin olunub.

***

14:34

Şuşa türməsinin ərazisində aşkarlanmış məzarlığın ilkin tədqiqinə görə, qalıqların ən azı 4 nəfərə aid olduğu ehtimal edilir.

KONKRET.az xəbər verir ki, Şuşa türməsi həndəvərində aşkar olunan kütləvi məzarlıq insanlıq əleyhinə törədilən ən dəhşətli cinayətlərdən biridir.

Bu onu göstərir ki, Şuşa türməsində hələ o vaxtlar azərbaycanlılar qanunsuz saxlanılıb və onlara ağır işkəncələr verilib, orada amansız zorakılıqlar törədilib, ölüm hadisələrində faktlar aşkarlanıb. Aşkarlanan bu məzarlıq da həmin hadisələrin bariz nümunəsidir.

***

 13:17

Azərbaycanın işğaldan azad edilən Şuşa şəhərində kütləvi məzarlıq aşkar edilib.

KONKRET.az bildirir ki, bu barədə “Report”un Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir.

Kütləvi məzarlıq Şuşa türməsinin ərazisində aşkar olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*