Şuşaya atılan “İskəndər”lər: Podolyakanın “uzaqgörənliyi” ifşa olundu – VİDEObackend

Şuşaya atılan “İskəndər”lər: Podolyakanın “uzaqgörənliyi” ifşa olundu - VİDEO

Son günlərdə Ermənistanın “İskəndər” orepativ taktiki raket kompleksi vasitəsilə Azərbaycanın Şuşa şəhərinə zərbə endirməsi qlobal hərbi ekspertlər cəmiyyəti arasında ən çox müzakirə olunan məsələlərdən biridir.

KONKRET.az xəbər verir ki, özünü hərbi-siyasi ekspert kimi təqdim edən ukraynalı bloqer Yuri Podolyaka da mövzudan yan keçməyib.

O, “İskəndər” məsələsi ilə bağlı iki videoçarx hazırlayıb. Bütün mövcud faktlara göz yuman “ekspert” Azərbaycanı saxtakarlıqda, ölkə KİV-ni isə ifrat vətənpərvərlik və türkçülükdə, eləcə də naşılıq və savadsızlıqda ittiham edib.

Baku TV “Qarabağ Xronikası”nın sayca 20-ci buraxılışında burnunun ucundan o yanı görə bilməyən Podolyakanın peşəkar “uzaqgörənliyini” faktlar əsasında sübut edib və onun hansı məqsədlər güddüyünü üzə çıxarıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*