Tacikistan hökuməti qadın məmurların artırılması təklifini rədd etdibackend

Tacikistan hökuməti qadın məmurların artırılması təklifini rədd etdi

KONKRET.azın Orta Asiya ölkələri üzrə bürosu xəbər verir ki, rəsmi rəqəmlərə görə, respublikanın dövlət qulluğunda 21 102 yer var ki, onlardan 19 119-u artıq tutulub. Dövlət qulluqçularının ümumi sayının 23,2 faizini qadınlar təşkil edir. Tacikistan parlamentinin aşağı palatasının deputatları qadınların nisbətini 40 faizə çatdırmağı təklif ediblər. Tacikistan hökuməti bildirir ki, qadınların hökumətdə işləməsi məsələsi əvvəllər qəbul edilmiş qanunla tənzimlənir.

Tacikistan hökumətinin üzvləri arasında bir qadın nazirliyə rəhbərlik edir – Taqoyzoda Sumangul Said qızı əmək, miqrasiya və məşğulluq naziridir.

İldırım Musayev, Orta Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistan parlamentində qadınlar ümumi deputat sayının 17,5% -ni təşkil edir. Belə ki, parlamentdə 63 yerdən 12-si qadınlardır. Onların hamısı hakim Xalq Demokratik Partiyasının üzvləridir. Əvvəlki çağırışda aşağı palatada 6 qadın təmsil olunub.

Ötən həftə Tacikistan parlamentinin aşağı palatası olan Məclis deputatları dövlət qulluğu qanunlarına dəyişiklikləri təsdiqləyib. Dəyişikliklərdən birinə görə, hakimiyyət qadın məmurların payını 40 faizə çatdırmalıdır. “Biz qadınların cəmiyyətdəki rolunu artırmağı təklif etdik, hökumət bu təklifi rədd etdi” deyə bildirilib.

Bununla yanaşı, bəzi ekspertlər Tacikistanın gender bərabərliyinin əsas problemini gənc qadınların təhsil səviyyəsinin aşağı olması, kişilərin stereotipik münasibətində, qızlarının lazımi təhsil almalarına icazə verməməsi və qadınların liderliyə təyin edilməsi üçün siyasi iradənin olmadığında görürlər.

Tacikistandakı bir çox qadın və qız məşğulluq zamanı müəyyən təzyiqlərdən, habelə dövlət orqanlarında rəhbər vəzifələrin səviyyəsinə yüksəlməsində mane olan bəzi neqativ hallardan şikayətlənir”.

Tacikistanın keçmiş təhsil naziri Munira İnoyatovanın sözlərinə görə, “Tacikistan cəmiyyətinin öz yazılmamış qanunları var. Buna əsasən qadın evdə oturub uşaq böyütməlidir. Üstəlik, hər bir qadın lider mövqe tutmağa hazır deyil”, – deyə Munira İnoyatova vurğulayıb.

Qeyd edək ki, 2013-cü ildə Tacikistan prezidentliyinə yeganə qadın namizəd Oinıhol Bobonazarovanın namizədliyini qeydə almaq cəhdi uğursuz olub. O vaxtkı qanuni müxalifət olan İslam İntibah partiyasından olan bir namizədin bu qərarı dəstəkləmək üçün seçkilərdə iştirak etməsinə icazə verilməyib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*