Tacikistanda iki gün ərzində beşinci zəlzələ oldubackend

Tacikistanda iki gün ərzində beşinci zəlzələ oldu

Tacikistanda son iki gündə artıq beşinci zəlzələ baş verib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı ölkə hökuməti yanında Fövqəladə Hallar və Mülki Müdafiə Komitəsi (FHN) yayıb.

Komitənin açıqlamasına görə, yeraltı təkanlar yerli vaxtla saat 05:44-də (Bakı vaxtı ilə 03:44) qeydə alınıb. Zəlzələnin gücü episentrdə 3-4 bal, Rəşt rayonunda isə 3 bal təşkil edib.

“İlkin məlumatlara əsasən, tələfat və dağıntı qeydə alınmayıb,” – FHN-dən bildirilib.

Tacikistan Milli Elmlər Akademiyasının Geofizika Xidməti isə qeyd edib ki, zəlzələnin episentri Düşənbədən 156 km şimal-şərqdə, Rəşt rayonundan 18 km şərqdə yerləşib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*