Tacikistanın ucqar kəndlərinə gecələr elektrik enerjisi verilməyəcək – QƏRARbackend

Tacikistanın ucqar kəndlərinə gecələr elektrik enerjisi verilməyəcək - QƏRAR

İldırım Musayev, Mərkəzi Asiya ölkələri üzrə xüsusi müxbir

Tacikistanın kənd ərazilərinə 15 fevraldan etibarən elektrik enerjisinə qoyulan limit bir saat artırılıb.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, bunu “Barki Tacik” dövlət holdinqinin sədri Mirzo İsmoilzoda son mətbuat konfransı zamanı deyib.

İsmoilzoda xatırladıb ki, bu ilin yanvarın 5-də elektrik enerjisinin 23 00-dan 6:00-dək məhdudlaşdırıldığı elan edilmişdi. İndi kəndlərdə elektrik enerjisi 23:00-dan 05:00-a qədər kəsiləcək.

“Barki Tacik”-in rəhbəri Tacikistanda enerji limitinin tətbiq edilməsini dekabr ayının sonu – yanvar ayının əvvəlində kəskin soyuq hava şəraiti ilə izah edib. Bu səbəbdən elektrik istehlakı keçən ilin eyni dövrünə nisbətən 100 milyon kilovat-saat artıb.

Eyni zamanda Nurek su anbarında suyun səviyyəsi kəskin aşağı düşüb. Bu səbəbdən respublikada elektrik enerjisi istehsalı azalıb və daxili tələbatı ödəmək üçün qonşu ölkələrə elektrik enerjisinin ixracı dayandırılıb.

Əlverişli hava şəraiti və su anbarında lazımi miqdarda su olacağı təqdirdə enerji limiti aradan tam qaldırılacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*