Tadevos Avetisyan: Dövlət sektorunda iş yerlərinin kütləvi ixtisarı qaçılmazdırbackend

Tadevos Avetisyan: Dövlət sektorunda iş yerlərinin kütləvi ixtisarı qaçılmazdır

“Mövcud hökumətin böyük uğursuzluqları, söz və əməllərin bir-birinə zidd mənzərəsi insanları gerçək həyatda qalma mübarizəsinə vadar edir. Təhlükələr ictimai həyatın bütün sahələrində mövcuddur. Daxili və xarici təhlükəsizliyin artan çağırışlarından dərin iqtisadi böhrana, sosial problemlərin çoxalmasına və həddindən artıq yoxsulluğun getdikcə artmasına qədər hər sahədə real təhlükələr var. Bizi yaxın zamanlarda görünməmiş yüksək miqrasiya riski ilə yeni demoqrafik problemlər gözləyir”.

KONKRET.az xəbər verir ki, bunu “Daşnaksütyun” partiyasının İqtisadi Tədqiqatlar Ofisinin Proqram Koordinatoru Tadevos Avetisyan “Panorama.am”a yazdığı məqaləsində yazıb. O əlavə olaraq bildirir:

“Qeyd olunan problemlər və səbəblər barədə dəfələrlə danışmışıq. Bu baxımdan təməl daşı dövlət idarəsi sistemində sərhədsiz populizm və planlı məsuliyyətsizlikdir. Baş nazirin elan etdiyi “sıfırlama” özlüyündə başqa bir saxta gündəmdir. Dövlətə sistemli nəzarət olmaması nəticəsində yaranan problemləri ört-basdır etmək üçün əslində bəxti gətirməyən yüksək rütbəli məmurların “yarpaq tökümü” başladılır. Amma nazirlərin yenilənməsi heç nəyi dəyişdirmir”.

Lətif,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*